[ 20 Aprel 2015 15:16 ]



Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində "Gül bayramı"na hazırlıq işləri ilə əlaqədar Bülbül prospektinin Füzuli küçəsi ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (Heydər Əliyev sarayının qarşısı) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, sürücülərə alternativ olaraq Səməd Vurğun küçəsindən istifadə etmələri tövsiyə edilir.