Bir aya çəkilən "1.000.000 manat. Şerlok Holms və doktor Vatson" dedektiv komediyası daha bir ilkə imza atıb. Film Türkiyədə kinoteatrlarda nümayiş olunacaq.

Niyə də nümayiş olunmasın? Əgər türk filmləri burada nümayiş olunursa, bizim də keyfiyyətli filmimiz orada niyə nümayiş olunmamalıdır? Artıq danışıqlar keçirilib, Azərbaycanda göstəriləndən sonra Türkiyədə də nümayiş olunacaq. Şirkətin adını hələlik açıqlamaq istəmirik ki, onları narahat etməsinlər, amma yaxın günlərdə bununla bağlı geniş açıqlama olacaq.

Film "Fon media"nın rəhbərliyi altında çəkilib. Filmin bas prodüserləri Rza
Canıyev, Fərid Xanbudaqovdur, quruluşçu rejissoru Elmir Suleymanov, ssenari müəllifi Səbuhi Bayramov, quruluşçu operator Soltan Abdullayev, rejissor Oqtay Ağamalıyev, piar direktor Vüqar Azəroğludur.