Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Bəstəkarlar İttifaqı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birlikdə tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, “Humay” milli mükafatı laureatı, professor Azər Dadaşovun 70 illiyinə həsr edilən “Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə III Respublika müsabiqəsi elan edir.
Bəstəkarlar İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2016-cı ilin aprel ayında Bakı şəhərində keçiriləcək müsabiqə 16 yaşa qədər və 16 yaşdan yuxarı olmaqla iki yaş qrupu üzrə 3 mərhələdə aparılacaq.
Müsabiqədə respublikanın bütün musiqi təhsili ocaqlarının şagirdləri və tələbələri iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini 2016-cı il martın 30-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına təqdim etməlidirlər.
Müsabiqənin məqsədi Azərbaycanda uşaq, yeniyetmə və gənclər arasında musiqi sənətinə həvəsin artırılması və musiqi zövqünün formalaşması, müasir Azərbaycan bəstəkarlarının uşaq və gənclər üçün yaratdıqları əsərlərin təbliği, fortepiano üzrə təhsil alan şagirdlərin və tələbələrin repertuarının yenilənməsidir.
Münsiflər heyəti Bəstəkarlar İttifaqının üzvlərindən və Bakı Musiqi Akademiyasının professorlarından təşkil ediləcək müsabiqədə qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunacaq. Birinci yerə 700, ikinci yerə 500, 3-cü yerə 300 manat, üç həvəsləndirici mükafatın sahiblərinə isə 100 manat pul veriləcək.