Cəlilabad şəhər sakinindən külli miqdarda tiryək və heroin götürülüb
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Cəmaləddin Dövlətovdan 5 kiloqram 500 qram tiryək və 770 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az