Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanda iki qadın dərman və sirkə turşusundan zəhərlənib.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, aprelin 19-da Kürdəmir şəhərində yaşayan Təranə Əliyeva sirkə turşusundan, Tərtər rayonunda yaşayan Gülnar Nağızadə dərmandan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər. Xəstələrə lazımi tibbi yardım göstərilib. 
Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır.