Bu il Azərbaycanda 4 film hazır olacaq
Bakı, 20 aprel, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bu il Azərbaycanda bir neçə irimetrajlı filmin çəkilişi tamamlanacaq. Bundan əlavə, daha bir neçə filmin çəkilişinə start veriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Əsgərin şücaəti”, “Qırmızı bağ”, “Dünyanı sənlə anlamaq” və “Xeyirlə şərin rəqsi” 2015-ci ildə çəkilişləri davam edən və bu il ekranlara çıxacaq filmlərdir.
“Əsgərin şücaəti” filminin ssenari müəllifi Yavər Rzayev və Konstantin Vorobyov, quruluşcu rejissoru Elxan Cəfərovdur. Filmdə Qarabağ müharibəsi ilə İkinci Dünya Müharibəsində baş verən hadisələr sintez edilib.
“Qırmızı bağ” Azərbaycan və Rusiyanın birgə çəkdiyi filmdir. Rejissoru və ssenari müəllifi Mirbala Səlimlidir. Bu filmin çəkilişləri də bu il başa çatdırılacaq.
Hazırda istehsalına başlanan “Dünyanı sənlə anlamaq” filminin ssenari müəllifi İmir Məmmədli, quruluşçu rejissor Mirsadıq Ağazadədir. Lirik komediya janrında olacaq film Azərbaycanlı gənclə gürcü qızının çox qəribə şəkildə cərəyan edən sevgi münasibətlərindən bəhs edir.
“Xeyirlə şərin rəqsi” adlı dedektiv filmin çəkilişinə də başlanılıb. Xalq yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” romanının motivləri əsasında ekranlaşdırılan filmin quruluşçu rejissoru Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayevdir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05