Bakı. 20 aprel. REPORT.AZ/ Bakıda kişi meyiti tapılıb.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, aprelin 19-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində, dənizdə, qəsəbə sakini Şamil Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib.
Faktla bağlı araşdırmalar aparılır.