Gəncə şəhər sakinini qətlə yetirmiş iki nəfər tutulub
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 18-də Gəncə şəhərində şəhər sakini Yaqub Qəhrəmani münaqişə zəminində həmyerlisi Əli Əliyevə bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. Nəticədə Ə.Əliyev ölüb.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qəhrəmani və hadisədə iştirak etmiş digər şəxs - şəhər sakini Əli Qəhrəmani tutulublar.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Milli.Az