[ 20 Aprel 2015 13:22 ]



Bakı. Hafiz Heydərov – APA. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Cəlilabad sakini həbs edilib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Cəmaləddin Dövlətovdan 5 kiloqram 500 qram tiryək və 770 qram heroin götürülüb.