[ 20 Aprel 2015 13:09 ]



Bakı. Hafiz Heydərov – APA. Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 19-da saat 17 radələrində Yevlax şəhərində qeydə alınıb. Bərdə rayon sakini Elnur Tağıyev idarə etdiyi “Chrysler” markalı avtomobillə yolu keçən həmyerlisi Kəriş Əhmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən K. Əhmədov orada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.