Türkiyə və Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 8-ci iclasında iştirak etmək üçün Türkiyədə səfərdə olan Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bursada qonaq olub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazir S.Müslümov 4 il bu ölkəyə gəlib-getdiyini, lakin Bursanı heç ziyarət etmədiyini bildirib. Bursanın tarixi məkanlarını ziyarət edən nazir şəhəri çox bəyəndiyini və Avropadan fərqlənmədiyini deyib.

Daha sonra nazir həyat yoldaşı ilə birgə Kozahanda dükanları gəzib, alış-veriş edib.

Milli.Az