Bakı, 20 aprel, AZƏRTAC
Amsterdamın populyar musiqi mərkəzi olan “Melkweg” məkanında da yeddinci illik “Eurovision” konserti keçirilib.
AZƏRTAC mahnı müsabiqəsinin saytına istinadla xəbər verir ki, konsertdə 24 çıxış, o cümlədən Azərbaycanın təmsilçisi Elnur Hüseynovun ifası dinlənilib.
Konsertdə 1500-dən çox pərəstişkar olub. KİV nümayəndələrinə müsabiqə iştirakçıları ilə görüşmək imkanı yaradılıb. Tədbirin xüsusi qonağı isə “Eurovision- 1985” mahnı müsabiqəsinin qalibi olmuş “Bobbysocks” dueti olub.