Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Heydər Əliyev prospekti Əsas yolda aparılan təmir işləri yekunlaşdığı üçün bu axşam nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.
Eyni zamanda, aprelin 20-dən 21-nə keçən gecə Heydər Əliyev prospekti köməkçi yolun Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti Əsas yoldan və Ziya Bünyadov prospektindən istifadə etmələri tövsiyə olunur.

MənbəANS PRESS