Milli.Az Kanal S-ə (Region TV) istinadən bildirir ki, hadisə zamanı Şəki sakini İlyasov Rahim Qurbanəli oğlunun idarə etdiyi VAZ-2106 markalı avtomobillə Şəki sakini, Əhmədov Fazil Fərrux oğlunun idarə etdiyi "Honda" markalı avtomobil toqquşub. Nəticədə "VAZ" markalı avtomobildə olan sərnişin Kərimov Aslan Məhərrəm oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs dərhal Şəki RMX-yə yerləşdirilib.
İlkin ehtimalla, qəzaya səbəb "Honda" markalı avtomobilin sürücüsünün düzgün ötmə əməliyyatı yerinə yetirməməsi olub. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Milli.Az