Hərbi xidmətə yola düşməzdən öncə təəssüratlarını publika.az-la bölüşən sənətçi bundan fəxarət hissi keçirdiyini bildirib: "Artıq təhsilimi başa vurdum və qarşıda məni Vətən qarşısında böyük və şərəfli sınaq gözləyir. Bu sınaqdan alnıaçıq və üzüağ çıxacağıma əminəm. Hər bir azərbaycanlı kimi mən də torpaqlarımızın keşiyində dayanmaqdan qürur hissi duyuram.ATV-nin "Kimdir nömrə bir" layihəsinin qalibi, gənc müğənni Orxan Babazadə Vətən qarşısında borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb
Torpaq sevgisini həmişə uca tutmuşam və ən böyük arzum da bir əsgər kimi Vətənimin keşiyində dayanmaq olub. Bütün həmyaşıdlarıma səslənirəm ki, Vətən qarşısında olan borcu ödəməkdən gözəl duyğu yoxdur, özünüzü bu xoşbəxtlikdən məhrum etməyin".
O. Babazadə hərbi xidmətdə olduğu bir il müddətində efirlərdə görünməsə də, televiziyalarda klipləri yayımlanacaq, radiolarda mahnıları səsləndiriləcək.
Milli.Az
