Tanınmış maneken, aktyor və "Celebrity Big Brother" realiti-şousunun sabiq ulduzu Kalum Best yeni sevgilisi ilə istirahətdədir.
Milli.Az TMZ-yə istinadən bildirir ki, "Made In Chelsea" teleserialından sonra daha da məşhurlaşmış 34 yaşlı amerikalı aktyor Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki lüks otellərdən birində Rouz Koçreyn-Stek adlı sarışın xanımla birlikdədir.
Aktyorla bahəm, 23 yaşlı xanım reportyorların suallarını cavablamaqdan boyun qaçırıblar.
Milli.Az






