Çörəyi qəzadan çıxanlar
Bunu ANS PRESS-in əməkdaşı ilə söhbət zamanı paytaxt sakini Elnur Məmmədov söyləyib. Sürücü deyir ki, sığorta şirkəti müqavilə bağlanana kimi adamın başına dolanır, amma sonradan sığortaya işin düşəndə heç yaxın da durmur.
Təəssüf ki, bu gün bir çox sürücü Elnurun başına gələn oxşar hadisələrlə üzləşir. Xüsusilə avtomobil sığortaları ilə bağlı şikayətlər kifayət qədər artıb. Vətəndaşlar bir söz, sığorta şirkətləri isə başqa söz deyir. Dövlət Sığorta Nəzarət Xidmətinin Lizenziyalaşdırma, Ərizə və Şikayətlərə Baxılması Şöbəsinin müdiri Mahir Abdullayev isə sığorta sahəsində ciddi problemlərin olduğunu etiraf edir.
Şöbə müdiri Sığorta Agentlərinin III-cü Milli Forumunda çıxışında çoxsaylı şikayətlərin olduğunu dilə gətirib: "Bizə daxil olan bəzi şikayətlərdən məlum olur ki, sığorta agentləri müştəriyə düzgün məlumat verməyib. Bəzi şikayətçilər yanlış məlumatlandırıldığını və aldadıldığını iddia edərək sığorta şikayətindən narazılıq edirlər. Müqavilədə hər hansı təzminatın olmadığını müştəriyə bildirmək lazımdır. Əks təqdirdə ciddi problemlər ortaya çıxır", - deyə M.Abdullayev qeyd edib.
Mütəxəssislər isə avtomobillərin icbari sığortası zamanı şirkətin imtina imkanının məhdud olduğunu söyləyirlər: "Yəni, vətəndaşın bütün hüquqları qanunla tənzimlənir və buna görə də, sığorta şirkəti özünə sərf edən müddəanı müqaviləyə əlavə edə bilməz. Sığorta şirkəti üzərinə düşən bütün öhdəliyi yerinə yetirməyə borcludur. Əks təqdirdə vətəndaş Maliyyə Nazirliyinə müraciət edir və əksər halda da bu müraciətlər təmin olunur. Bəzən isə vətəndaş səhlənkarlıq edir və vaxtında sığorta şirkətinə müraciət etmir. Bu zaman isə mübahisəli vəziyyət yaranır", - deyə X.Məmmədxanlı söyləyir.
Dövlət Sığorta Nəzarət Xidmətinin (DSNX) rəis müavini Müşfiq İsrafilov isə sığorta şikayətlərinin çoxluğunu nəzərə alaraq yeni komissiya yaradıldığını deyib. Onun sözlərinə görə, təkcə bir il ərzində şikayət ərizəsinin sayı 450 ədəd artıb: "Şikayətlərin əksəriyyəti isə avtomobillərin icbari sığortası ilə bağlıdır. Bu isə bizi narahat edir. Prezident Administrasiyasından bizə məktub daxil olub. Prezident İlham Əliyevin adına müraciət edilən məktublarda qeyd edilib ki, sığorta ödənişlərinin alınmasında çətinliklər var”, - deyə DSNX rəis müavini bildirib.
Qeyd edə ki, bu məsələlər Maliyyə Nazirliyinin və PA-nın birbaşa nəzarətindədir. Vətəndaşların daxil olan şikayətləri yeni yaradılmış komissiya tərəfindən ciddi şəkildə araşdırılacağı gözlənilir. Güman edir ki, dövlət tərəfindən nəzarət artandan sonra sığorta sahəsində yaranmış mövcud problemlər öz həllini tapacaq. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33