Milli.Az anspress-ə istinadən aprelin 20-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.Bu gün miladi təqvimlə Həzrəti Muhammədin (s.ə.s.) dünyanı şərəfləndirdiyi gündür
Miladi: 20 aprel 2015
Hicri: 01 rəcəb 1436
İlin 110-cu günü
İlin sonuna 255 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 05.42
Günəş - 06.57
Zöhr - 13.44
Əsr - 18.01
Məğrib – 20.37
İşa – 22.02
571-ci ildə islam peyğəmbəri Hz. Muhamməd (s.ə.s.) anadan olub
702-ci ildə İmam Cəfəri Sadiq (ə.s.) anadan olub
1792-ci ildə Fransa Avstriyaya müharibə elan etdi
1841-ci ildə ilk detektiv roman “Meyitxana küçəsinin cinayəti” nümayiş edildi
1885-ci ildə tanınmış pediatr Əbülfəz Qarayev anadan olub
1889-cu ildə nasizm ideyasının yaradıcısı, faşist Almaniyasının füreri, XX əsrin hərbi canilərindən və qəddar tiranlarından biri Adolf Hitler anadan olub
1894-cü ildə aktyor və rejissor Rza Təhmasib anadan olub
1916-cı ildə görkəmli satira ustası, Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı Nəsibə Zeynalova anadan olub
1944-cü ildə xanəndə, bəstəkar, Azərbaycanın xalq artisti Cabbar Qaryağdıoğlu vəfat edib
1972-ci ildə “Apollo-16” yerin təbii peyki Aya endi
1992-ci ildə Azərbaycan Respublikası Estoniya ilə diplomatik əlaqələr yaradıb
2004-cü ildə Azərbaycan Respublikası Paraqvay ilə diplomatik əlaqələr yaradıb
2004-cü ildə Azərbaycan Respublikası Eritreya ilə diplomatik əlaqələr yaradıb
Milli.Az