“Bu gün bəzi internet saytlarında yer verilən, “Müftilikdə Qurani Kərim dizaynlı tort qalmaqalı” başlıqlı xəbərlə əlaqədar olaraq “Diyanət” idarəsi araşdırma başladıb. Tokat vilayəti Zile rayon müftiliyi tərəfindən 2013-cü ildə “Mübarək doğum həftəsi” tədbirində baş verən görüntülər 2 il əvvəl Quran kursu tələbələri tərəfindən həyata keçirilmiş olsa da “Müqəddəs doğumun” və Qurani Kərimin ruhuna uyğun deyildir. Kurs tələbələrinin hazırladığı və xəbərə mövzu olan görüntülərin “Diyanət” tərəfindən qəbul edilməsi əsla mümkün deyildir və faktla bağlı araşdırma başladılıb.” – deyə “Diyanət”in açıqlamasında qeyd edilib.

(1) İslam peyğəmbəri 571-ci il rəbiul əvvəl ayının 12-də dünyaya gəlib və bu tarixin miladi aylarla 14 - 20 aprel tarixlərinə təsadüf etdiyi güman olunur. 1989-cu idən bəri "Diyanət" ənənəvi olaraq 14 - 20 aprel tarixlərini "Mübarək doğum həftəsi" adlı tədbirlərlə qeyd edir. Mənbə
ANS PRESS