Bu gün “Üç aylar” başlayır
ANS PRESS-in dini mənbələrə istinadən verdiyi məlumata görə, İslam peyğəmbəri Hz. Məhamməd (əs) üç aylar haqqında belə buyurur: “Rəcəb Allahın ayı, Şaban mənim ayım, Ramazan da ümmətimin ayıdır”, “Ey Allahım! Rəcəb və Şabanı bizə mübarək et, bizi Ramazana qovuşdur”.
Bu aylarda bir çox mübarək əhya gecələri var. İslam Dünyasında əsrlərdir “Üç aylar” ənənəsi var və bu üç aylar iqlimi möminlərin mübarək Ramazan atmosferinə hazırlıq mərhələsidir. İslam dünyasında üç aylar adlandırılan rəcəb, şaban və ramazan ayları Uca Allahın, mömin qullara verdiyi bərəkətli və feyzli zamanlardır. Üç aylar insanların mənəvi yüksəkliyə çatmaq, tövbə etmək, günahlardan təmizlənmək üçün fürsətlər zamanıdır.
Bu aylarda namaz qılmayanlar namaza başlayır, oruc tutmayanlar oruca hazırlaşır, ibadətlərini, xeyirxah əməllərini çoxaldır. Möminlər üç aylarda, nəfsləri ilə keçmiş bir ilin hesabatını aparır. Üç aylar həyatında həmişə fərqliliklər axtaran insanoğlunun yeknəsəklikdən qurtulması üçün vasitədir.
Uca Allah Qurani-Kərimdə buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır” /Həşr 18/. Mübarək üç aylar gəldiyi zaman ibadət etməyənlər ibadətə başlamalı, ibadət edənlər ibadətini çoxaltmalı, möminlər, xeyir əməllərini çoxaltmalı, kasıba, yetimə əl tutmalı, ən əhəmiyyətlisi isə Allaha olan şükrünü çoxaltmalıdır. Qısacası bütün müsəlmanlar üç aylarda böyük və kiçik günahlardan əl çəkməli, qiybət, dedi-qodu etməməli, iftira, yalançı şahidlik və sair əhəmiyyətsiz kimi gördüyümüz günahlardan əl çəkməlidir. Xeyir işlərini çoxaltmalı, sədəqə verməli, imkansıza əl tutmalıdır.
İslam peyğəmbəri “Bəzən bir təbəssüm, bəzən də insanların keçdiyi yoldan daşı götürüb kənara atmaq sədəqədir” – deyib. Xatırladaq ki, "Üç aylar"da xeyir əməllərin savabı qat-qat artıq yazıldığı kimi, pis əməllərin də günahı qat-qat artıq yazılır. Müsəlmanların üç aylarda hər gün bu duanı oxuması məsləhət görülür: “Allahummə bəriklənə fi rəcəbə və şaban, və bəlliğnə ramazan” (Ey Allahım! Rəcəb və Şabanı bizə mübarək et, bizi Ramazana qovuşdur). Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05