Bakı. 19 aprel. REPORT.AZ/ Bakı şəhərinin Yasamal rayonunda mənzildə 1946-cı il təvəllüdlü Tağızadə Ayna Müzəffər qızı adlı vətəndaş bağlı qapı arxasında qalıb.
"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə cəlb edilən xilasedicilər mənzilin giriş qapısını açıblar və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.
A.Tağızadənin cəsədi aidiyyəti üzrə təhvil verilib.