Milli.Az xəbər verir ki, bu gün saat 14:30 radələrində Bakının Ziya Bünyadov prospektində "Cadillac" markalı avtomobil piyadanı vurub.Bakıda bahalı maşın piyadanı əzib
İlkin ehtimala görə, hadisə piyadanın səhlənkarlığı ucbatından baş verib. Belə ki, hadisə baş verən ərzidə piyada üçün kecid var. Lakin piyada ondan istifadə etməyib, nəticədə qəza olub.
Hadisə həm də prospektdə tıxacın yaranmasına səbəb olub.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunublar. Araşdırma aparılır.
Ceyhun Ələkbərov
Milli.Az

