Noyabrın 18-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanlığının komandanı general Dünkan Maknabb ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə ölkələr arası əməkdaşlıq məsələləri və onun inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Ann Dersi iştirak edib.