Onun idarəçiliyi dövründə şirkətin mədaxili 69 faiz yüksələrək 183 milyard dollar, xalis mənfəət isə 53 faiz yüksələrək 39,5 milyard dollar təşkil edib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, iPhone smartfonlarının satış həcmi iki dəfə artaraq korporasiyaya 102 milyard dollar gəlir gətirib.
Nəticədə 54 yaşlı Tim Kuk ABŞ-ın ən yüksək maaş alan rəhbərlərinin reytinqində 17-ci yerə yüksəlib. GoPronun təsisçisi Nik Vudman reytinqdə birinci pilləni tutur.
Milli.Az