Milli.Az lent.az-a istinadən həmin müsahibəni təqdim edir.
“Kosmetika çantamda həmişə tuj, dodaq boyası və parıldadıcı tapmaq mümkündür. Üzümdə çoxlu pudra və tonal krem olmasını sevmirəm. Çəkiliş olmayan günlər kosmetikadan ümumiyyətlə istifadə etmirəm. Düşünürəm ki, makiyaj qadın üçün əsas olmamalıdır. Sifətindən qorxmağa və onu bütünlüklə dəyişməyə ehtiyac yoxdur.
Bəzən insanlar onun xoşuna getməyən şeyləri dəyişmək, ya da gizlətməyə çalışırlar. Ancaq mən həmişə olduğum kimi çıxış edir və özümü sevirəm.
“Mütaliə başlıca hobbimdir”
Uşaqlıqda qaranlıqda kitab oxumağı qadağan etmişdilər. Mən də yorğanın altında fənərlə oxumağa davam edirdim. O qədər kitab oxumuşam ki, ən sevdiyimi seçmək çox çətindir. Gənc ikən Riçard Baks, 20 yaşlarımda Çexov, sonra Heminquey sevimli şairim oldu. Aleksey Tolstoyu da adekvat baxışlarına görə sevirəm.
Musiqiyə professional münasibətim var. Belə ki, karyerama radioda DJ-lik etməklə başladım. Ən sevdiyim ifaçı Jade, Velvet Underground qrupu və Hina Xaqundur. Onları dəfələrlə yorulmadan dinləyə bilərəm.
Çox səyahət edirəm. Özümü ən yaxşı Fransada hiss edirəm.
“Gücü qadınlarla fəxr edirəm”
Kleopatradan Marqarit Tetçerə qədər bütün güclü qadınları sevirəm. Özümü də güclü qadın kim yetişdirməyə çalışıram.
17 yaşından etibarən dərimə qulluq edirəm və sərf etdiyim pullara heyfim gəlmir. Bu dərsi anam və nənəm mənə öyrədib. Dəri baxımıma heç vaxt laqeyd olmadığım üçün dərimi sağlam şəkildə qoruyub saxlaya bilmişəm.
Tez-tez dərimə masaj, mezoterapiya, nəmləndirici edirəm. Botoksdan qorxduğum üçün qaçıram. Ancaq bu, o demək deyil ki, mən heç vaxt buna müraciət etməyəcəm. Gələcəkdə təbii gözəlliyimi saxlamaq üçün lazım olarsa, müraciət edə bilərəm. Xarici görünüşümü heç vaxt dəyişmək istəmərəm.
Saçlarım burulduğundan tez-tez düzləşdirməli oluram. Buna görə saçlarımı evdə yumuram, salonda yudurdub elə oradaca düzəltdirirəm. Saçların qalın olması üçün saç dərisinə mezoterapiya etdirirəm. Ağrılı olsa da, faydalıdır.
Hamam otağımda çoxlu kremlərim var. Həmişə də mütəxəssislərin məsləhətlərinə əməl edirəm, səhər və axşam təmizləmə, xüsusi sxemlə zərdablar, kremlər tətbiq edirəm.
Hər gün nəmləndirici və təmizləyici maskalar edirəm.
İdman üçün gündəlik olaraq idman salonuna gedirəm. 10 dəqiqə trenajorda, 5 dəqiqə qaçış cığırında, velotrenajorda idman edirəm. Sonra iplə tullanır, ya da aerobika edir, sonra yenidən ağırlıqla davam edirəm.
Gündəlik qrafikimi çox qəddar şəkildə tətbiq edirəm.
Səhər 7-də dururam, uşaqları məktəbə yola salıram, idmana gedirəm, maşında mail-ləri yoxlayıram, yarım saat idman edib sonra işə gedirəm.
Gözəlliyimin əsas qaydası günümü dərin dəri təmizləmə və nəmləndirmə ilə bitirməkdir. Hətta gec gəlsəm belə, makiyajımı silib dərimi nəmləndirmədən yatmıram.
Heç vaxt siqaret çəkib, spirtli içki içməmişəm. Qəhvədən də imtina etmişəm.
Kim nə deyir desin, xarici gözəllik yalnızca “fasad”dır. Əsas daxilən özünü necə hiss etməyindir. Heç bir bədbəxt qadın gözəl görünməz. Bədbəxt qadın nə qədər gözəl olsa belə, özündə bu gözəllikdən doğan enerjini daşıya bilməyəcək. Ancaq xoşbəxt qadın gözəllik kriteriyalarına uyğun gəlməsə belə, bu gözəllik yarışında qalib gələcək. Buna görə daxilən hiss etdiklərim mənim üçün çox vacibdir. Daxildə nə hiss edirəmsə, üzümə də o vurur.
İnsan ətri ilə xatırlanır
Kişi ətirlərini daha çox istifadə edirəm. Ən sevdiyim ətirlər darçın, limon kimi yeməli bir şeyi xatırladan ətirlərdir.
Həmişə ətir seçiminə xüsusi diqqətlə yanaşıram, çünki insan bir insanın daha çox ətrini xatırlayır. Gözəllikdə ən əsas ətir və dəridir. Hər bədənin dadı fərqlidir. Özünüzə yaxşı qulluq etsəniz, əriniz başqasının yanındaykən belə məhz sizin necə qoxduğunuzu xatırlayacaq.
Milli.Az







