Görkəmli bəstəkar Ramiz Mirişli son mənzilə yola salınıb
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Ramiz Mirişli son mənzilə yola salınıb.
AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhumun cənazəsi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının səhnəsində qoyulmuşdu.
Salonda həzin musiqi və bəstəkarın mahnıları səslənirdi.
Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.
Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.
Ramiz Mirişlinin həmkarları, dostları, tanınmış elm və mədəniyyət xadimləri, onun musiqisinin pərəstişkarları axın-axın Bakı Musiqi Akademiyasına gəlir, görkəmli bəstəkara və gözəl insana son borclarını verirdilər.
Vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bəstəkarın keçdiyi həyat yolundan, Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən, yaratdığı əsərlərdən geniş söz açıb. Bildirib ki, Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olub və orta təhsilini orada alıb. Sonra Bakıya gələrək Asəf Zeynallı adına musiqi məktəbində oxuyub. Bəstəkarlığa olan həvəsi onu Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) gətirib və 1956–1962-ci illərdə orada təhsili alıb.
Əmək fəaliyyətinə 1954-cü ildən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim işləyib. O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışıb, Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri olub, həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik edib.
Ramiz Mirişli 1972-ci ildən etibarən indiki Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru kimi peşəkar kadrların yetişməsin dəyərli töhfələr verib.
Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli ən müxtəlif janrlara müraciət edib, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələyib. O, 300-dən çox mahnı və romansın müəllifidir. Görkəmli müğənnilərimiz Rəşid Behbudov, Şövkət Ələkbərova, Zeynəb Xanlarova və başqaları Ramiz Mirişlinin mahnılarını oxuyublar. Bəstəkarın yaratdığı əsərlər doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.
Nazir Ə.Qarayev vurğulayıb ki, Ramiz Mirişlinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlət və hökumət tərəfindən yüksək qiymətləndirilib. O, Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, Azərbaycanın əməkdar incəsənət xadimi, Xalq Artisti fəxri adına layiq görülüb, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.
Vida mərasimində çıxış edən bəstəkar Arif Məlikov, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev, Xalq Artisti Azər Zeynalov Ramiz Mirişlinin çoxşaxəli yaradıcılığından, insani keyfiyyətlərindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.
Mərhumun ailəsi adından çıxış edən bəstəkar Nazim Mirişli atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə dövlətimizin başçısı İlham Əliyevə və vida mərasiminə toplaşanlara minnətdarlığını bildirib.
Sonra görkəmli bəstəkarın cənazəsi son mənzilə yola salınıb.
Mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25