Müğənni Röya Ayxan üzüyünü itirib.

Axşam.az-ın məlumatına görə, sənətçi ATV-nin aparıcısı Mətanət Əliverdiyevadan onu tapmasını xahiş edib:

"Dünən ATV kanalında çox sevdiyim üzüyümü itirmişəm. Bütün işçi heyətindən onu tapmalarını xahiş edirəm. Mənim üçün çox dəyərlidir. Onu bilirəm ki, mənim üçün ayrılan otaqda üzüyü barmağımdan çıxardım. Mətanət üzüyümü tap".