"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi (RPİ) və Nərimanov RPİ 17-ci Polis Bölməsi əməkdaşları tərəfindən rayonlar ərazisində avaralıq və dilənçiliklə məşğul olan 14 nəfər saxlanılıb və barələrində müvafiq tədbir görülüb.