Əməkdar artist Abbas Bağırov muğam ifaçılarından bəhs edib.

Axşam.az-ın məlumatına görə, "Bir gün" verilişinə qonaq olan müğənni onları qınayıb:

"Muğam ifaçısının estrada mahnısı oxumasını qəbul etmirəm. Xanəndə gözəl dəsgahlar səsləndirməlidir. Onun estrada mahnısı ifa etməsi xoş ab-hava yaratmır".

A.Bağırov həmkarlarını da tənqid edib:

"Toya gəlirlər eyni mahnını oxuyurlar. Çıxıb ancaq "Toyun mübarək olsun" səsləndirirlər. Adını müğənni qoyub, mahnı bazası yoxudr. Bu sənətdə Məmmədbağır Bağırzadə qədər zəngin repertuarı olan görmədim".