[ 18 Aprel 2015 01:15 ]



Bakı-APA. Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, şəhərdə "Mercedes" markalı minik avtomobilinin salonu yanıb.

 

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.