[ 17 Aprel 2015 22:52 ]
Bakı. Cavid Zeynallı-APA. Aprelin 17-də Milli İncəsənət Muzeyində tanınmış rəssam, heykəltəraş, arxitektor Tamara Kvesitadzenin fərdi sərgisi açılıb.
APA-nın məlumatına görə, sərgi “Kukla” Art-qalereyası, Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzi tərəfindən təşkil olunub.
Tədbirdə iştirak edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, gürcü rəssamın sərgisi “Kukla” Art-qalereyasının ikiilliyinə həsr olunub. “Sənətkarın Qurban Səidin məşhur romanının qəhrəmanları şərəfinə “Əli və Nino” adlandırılmış heykəli iki ölkə arasında dostluq və məhəbbət rəmzinə çevrilib”, deyə Ə.Qarayev bildirib.
Sərgidə sənətkarın yeni işləri təqdim edilib. Onlardan bəziləri xüsusi olaraq “Kukla” qalereyası üçün hazırlanıb: “Qadın və Mələk”, “Oxatan”, “Qırmızı və mavi”, “Balerina” və sair.
Sərgi aprelin 30-dək nümayiş olunacaq.