Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün axşam saatlarında Nərimanov rayonu Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, qəza zamanı “Naz Lifan” markalı avtomaşın idarəetmənin itirilməsi nəticəsində yol kənarındaki işiq dirəyinə çırpıləb. Nəticədə avtomobilin sürücüsü və 3 nəfər sərnişin elə hadisə yerindəcə dünyasını dəyişib.
Meyitlər deformasiyaya uğrayan avttomobildən FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb. Hadisə ilə bağlı araşdırma aparılır.