Anqolada rəqs zamanı çəkilən video günün günün ən çox müzakirə olunan xəbərlərindən birinə çevrilib.

ANS PRESS-in məlumatına görə, videoda keçirilən tədbir zamanı bir gəncin başına gələn gülməli hadisə görünür.

Belə ki, səhnədə musiqinin müşayiəti ilə bir gənc rəqs edir. Bir-birinə yaxın məsafədə rəqs edən zaman onlardan biri yanındakının ayağına ilişir. Daha doğrusu, oğlanlarda biri yanındakına elə bir badalaq vurur ki, yanındakı müvazinətini itirir və havaya qalxıb bir dəfə fırlanıb və yerə çaxılıb.

Videoda da görünür ki, səhnədən yerə ağzı üstə yıxılan adam cəhd etsə də bir müddət yerindən qalxa bilmir.

Mənbə
ANS PRESS