Həsənov Qərbə sərt mesaj verdi
ANS PRESS-in məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının əmək, kooperasiya və sosial təminat naziri Əli Rəbii ilə Bakıda keçirdiyi birgə mətbuat konfransında Avropa Parlamentin uydurma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə barədə fikirlərini açıqlayarkən bildirib.
Baş nazirin müavini qeyd edib ki, bu, təzə bir şey deyil və onun qəbul edilməsi təəccüblü də deyil: “Onların qərarının heç bir mənası da yoxdur. Onlardan nə isə yaxşı bir şey gözləmək cəfəngiyyatdır. Mən Türkiyədən olan rəsmi şəxslərlə görüşdə həmişə onlara deyirdim ki, Avropa İttifaqına daxil olmayın. Buna heç cəhd də etməyin. Çünki sizi qəbul etməyəcəklər. Bununla bağlı Roma Papasının çıxışına gəlincə, deyə bilərəm ki, bu, Azərbaycan ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanır və Milli Məclisdə də müzakirə olunur”.
Ə.Həsənovun fikrincə, ona görə də Azərbaycan ümumiyyətlə nə Qərbdən, nə Avropadan, nə də Rusiyadan kömək gözləməlidir: “Yalnız dövlətimiz, xalqımız və prezidentimizə güvənin. Mən doğulduğum yeri görməmiş ölmək istəmirəm. Ermənistan tərəfi hələ ki, heç bir nəticə çıxarmır. Çünki oradakı rejim belədir. Orada heç xalq da qalmayıb. Hamı çıxıb gedir”.
O, işğalçı Ermənistana təzyiq göstərilməsi məsələsinin bu gün iranlı nazirlə görüşdə müzakirə olunduğunu da deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsi məsələsində İran Azərbaycanın haqq işini dəstəkləyir və dəstəkləyəcək. Bu gün iranlı nazirlə görüşdə də ona bildirdim ki, sizin Ermənistana təzyiq imkanlarınız çoxdur. Bundan istifadə edib təzyiq göstərin”. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05