Nərimanov rayonu ərazisində yerləşən bir neçə küçədə təmir işləri davam etdirilir
"Azəryolservis" ASC-dən Trend-ə daxil olan məlumata görə, təmirinə başlanılan Çernyayevski və Arif Heydərov küçələrində asfalt-beton örtüyünün döşənməsi işləri başa çatdırılıb.

İsmayıl Hidayətzadə küçəsində səki daşları yenilənib, mövcud asfalt-beton örtüyü qaşınaraq ərazidən kənarlaşdırılıb.

Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirlir. Axşam saatlarınadək ərazidə asfalt-beton işlərinin yekunlaşdırılması planlaşdırılır.

Milli.Az





Videonu izləmək üçün şəkilə klikləyin.

фото