Bakının Xəzər rayonunda silahlı insident törədən şəxs saxlanılıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də Bəxtiyar Hüseynova ov tüfəngindən atəş açan Bakı şəhər sakini Abbas Dünyamalıyev tutulub.

Qeyd edək ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.

B.Hüseynov müxtəlif bədən xəsarətlərilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Mənbə
ANS PRESS