Konfrans “İçərişəhər - canlı tarix. Tarazlı qorunma və inkişaf” mövzusuna həsr edilib
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycan Memarlar İttifaqı ilə birgə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "İçərişəhər - canlı tarix. Tarazlı qorunma və inkişaf" mövzusunda konfrans keçirib.
Tədbirdə çıxış edən idarə rəisi Samir Nuriyev bildirib ki, abidələrin və tarixi yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının (İCOMOS) 1983-cü ildə qəbul etdiyi qərarına əsasən hər il aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.
S.Nuriyev vurğulayıb ki, bu günün qeyd olunmasının əsas məqsədi ictimaiyyətin diqqətini milli-mədəni irsimizin qorunması, bərpası və gələcək nəsillərə olduğu kimi çatdırılmasına yönəltməkdir.
Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarını rəhbər tutaraq idarə tərəfindən İçərişəhərin qorunması və bərpası sahəsində, eyni zamanda qoruq sakinlərinin yaşayış şəraitinin daha da yaxşılaşdırılması və müasir turizm infrastrukturunun yaradılması istiqamətində görülən işlərdən və əldə olunmuş nailiyyətlərdən söhbət açıb.
Mədəniyyət və turizm naziri Əlülfəs Qarayev bayram münasibətilə bu sahənin mütəxəssislərini təbrik edərək konfransın mövzusunun nəinki İçərişəhərin, o cümlədən Azərbaycanın tarixi yerləri və abidələrinin fəaliyyət planını müəyyən edən mövzu olduğunu vurğulayıb. Nazirliyin nəzdində abidələrin qorunması və bərpası üzrə yaradılmış qurum barədə danışaraq bildirib ki, həmin qurum yerlərdə təhlillər aparır, qanunsuz işlərin qarşısını alır. Nazir eyni zamanda bu sahədə mövcud olan problemlərdən də söhbət açıb.
Ə.Qarayev paytaxtımızda keçiriləcək "Bakı-2015" ilk Avropa Oyunları və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verərək bu tədbirlər çərçivəsində mədəni proqramların təşkil ediləcəyini söyləyib. Bildirib ki, həmin proqramlara əsasən qonaqlar tarixi irsimizlə tanış olacaqlar.
Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbəy Qasımzadə və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova Azərbaycanın tarixi abidələrlə çox zəngin olduğunu vurğulayaraq, abidələrimizin qorunması istiqamətində ardıcıl işlər aparıldığını söyləyiblər.
Ölkəmizdə tarixi abidələrin qorumasına xüsusi həssaslıqla yanaşıldığını qeyd edən natiqlər bildiriblər ki, əsas məqsəd cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunun təbliğinə nail olmaq və bu irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.
Konfransda Miniatür Kitab Muzeyinin təsisçisi, İçərişəhər Ağsaqqallar Şurasının üzvü Zərifə Salahova "Miniatür Kitab Muzeyinin İçərişəhərin sosial-mədəni həyatında rolu", "Atelier Erich Pummer GmbH" şirkətinin nümayəndəsi Çingiz Neymanzadə "Bəylər məscidinin konservasiya lahiyəsinin hazırkı mərhələsi" və digər mövzularda çıxışlar edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33