Bakı, 17 aprel, Elvira Məmmədova, AZƏRTAC
Aprelin 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası” mövzusunda respublika elmi konfransı işə başlayıb.
Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunub.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov mövzunun aktuallığından danışıb, konfransın işinə uğurlar arzulayıb.
Sonra seçilmiş mövzuya uyğun məruzələr dinlənilib və müzakirələr aparılıb.