Mərhum Nüsrət Kəsəmənlinin oğlu şair Rəşat Kəsəmənli 3-cü dəfə ata olub. Lent.az-ın məlumatına görə, bu barədə aparıcı Könül Muxtarova bildirib: “Eyni səhnəni, efiri paylaşdığım dostum Rəşat Kəsəmənlinin Əli balası dünyaya gəlib. Allah balanı saxlasın. Əməli saleh balalardan etsin”.

 

R.Kəsəmənli də təəssüratlarını bölüşüb: “Allaha min şükür ki, Əli balam dünyaya gəldi. Zəhra və Əsma balamdan sonra sən də xoş gəldin ömrümə soyadımın davamçısı”.

 

 

Qeyd edək ki, R.Kəsəmənlinin iki qızı da var.