“Azərkosmos” Birinci Avropa Oyunlarının peyk vasitəsilə yayımını həyata keçirəcək
“Azərkosmos” Birinci Avropa Oyunlarının 11-ci rəsmi dəstəkçisi oldu və tədbirin ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına çatdırılmasında mühüm rol oynayacaq.
Eyni zamanda, şirkət avarçəkmə yarışlarına ev sahibliyi edəcək Mingəçevirdən informasiyanı Bakıda yerləşən Beynəlxalq Yayım Mərkəzinə ötürmək üçün, Avropa Oyunlarını peyk rabitəsi olan xüsusi avtomobillə təmin edəcək.
Azərbaycan Respublikasının gənclər və idman naziri, “Bakı 2015”-in baş icraçı direktoru cənab Azad Rəhimov bu əməkdaşlıq haqqında aşağıdakıları bildirib: “Azərkosmos” Azərbaycanda böyük əhəmiyyəti olan, rəğbətlə qarşılanan şirkətdir və Avropa Oyunları yarışlarının 74 beynəlxalq yayım tərəfdaşımıza ötürülməsində çox önəmli yer tutacaq. Biz çox şadıq ki, “Azərkosmos” beynəlxalq idman aləmində böyük nüfuz qazanacaq Avropa Oyunlarının dəyərli, güclü tərəfdaş və dəstəkçilərinin sırasına qoşulur”.
“Azərkosmos” Qafqaz regionunda yeganə olmaqla Azərbaycanın ilk milli peyk operatorudur və dövlət, eləcə də, özəl sektordan olan müştərilərini birbaşa peyk yayımı, səs, video, məlumat, mobil rabitə xidmətləri ilə təmin edir.
“Azərkosmos” ASC-nin sədri cənab Rəşad Nəbiyev əməkdaşlıqla bağlı bunları bildirib: “Birinci Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycan üçün tarixi hadisədir və biz bu cür mötəbər tədbirin rəsmi dəstəkçisi olduğumuz üçün məmnunuq. “Azərkosmos” ən son texnologiyadan istifadə etməklə cəmiyyətin inkişafına dəyər qatdığı üçün qürur hissi duyur və “Bakı 2015” Oyunların hazırlıq prosesi zamanı öz yeniliklərini təqdim edir. Bizim vəzifələrimiz bir-birini mükəmməl şəkildə tamamlayır və biz birlikdə qalib komanda formalaşdıracağıq”.
“Azərkosmos” “Bakı 2015” Avropa Oyunlarının rəsmi dəstəkçiləri “Azərsun Holdinq”, “Bazarstore”, “McDonald’s Azərbaycan”, “Milla”, “Motorola Solutions”, “NAZ”, “Nestle”, “Red Bull”, “Sitecore” və “Tickethourun” arasında yer alır.
Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək “Bakı 2015” Birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
“Bakı 2015” Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.
Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05