Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb.Bakıda baş verən zəncirvari yol qəzasında 1 nəfər xəsarət alıb
İki “Mercedes” markalı avtomobil və Həsənağa Əzizovun idarə etdiyi “KİA” markalı maşın toqquşub.
Nəticədə “KİA” markalı avtomobilin sürücüsü xəsarət alaraq, Klinik Tibbi Mərkəzə yerləşdirilib. Yolda tıxac yaranıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Milli.Az