Bakı. 17 aprel. REPORT.AZ/ Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun aprelin 25-də Ağsu rayonunda keçirəcəyi vətəndaş qəbulu aprelin 27-nə keçirilib.
"Report" xəbər verir ki, qəbulda Ağsu, Şamaxı, İsmayıllı, Qəbələ və Qobustan rayonlarından olan vətəndaşların Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Ağsu şəhər Gənclər Mərkəzində keçiriləcək.
Qeyd edək ki, qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin office@emdk.gov.az elektron ünvanına yaza və şəhər nömrələri ilə əlaqə saxlaya bilərlər.