"Möhtəşəm!", "Fenomenal", "Belə ad günü 100 ildə bir olur!", "Krallar, kraliçalar, hersoginyalar, qrafinyalar - əla idi!"
Dünən Danimarka mediasında ölkə kraliçası ilə bağlı xəbərlərin başlıqları belə idi.
 
Milli.Az European-a istinadən bildirir ki, Danimarka kraliçası 2-ci Marqrete dünən 75-ci ad gününü qeyd edib. Kraliçanın yubileyi bütün ölkədə bayram idi.
 
Onu ailəsi ilə yanaşı, Avropadakı kral ailələrinin mənsubları təbrik etməyə yığışmışdılar.
Qonaqlar arasında Belçika kralı Filipp və kraliça Matilda, İspaniya kralı 6-cı Felipe və kraliça Letisiya, Hollandiya kralı Villem-Aleksandr və kraliça Maksima, İsveç kralı 16-cı Qustav və kraliça Silviya vardı.
 
1972-ci ildə taxta çıxmış kraliça Marqretenin ad günü ölkə paytaxtı Kopenhagendəki Amalienborq sarayında keçirilib. Qonaqları onun böyük oğlu, 46 yaşlı vəliəhd şahzadə Frederik və ikinci oğlu, 45 yaşlı İoahim qəbul edirdilər.
 
Axşam ziyafəti isə Kristiansborq sarayında olub.
 
Kraliça Marqret Fransa vətəndaşı, şahzadə-konsort Anri ilə ziyafətə qatılanda salyut atılıb, ölkə himni səslənib.
 
Milli.Az