Tərkibi:
xəmir:
3-3,5 st. (550-600 q) un
1 st. süd
11 q quru maya
200 q kərə yağı
1 x.q. şəkər tozu
0,5 ç.q. duz
(stəkan - 250 ml)
iç:
1) kartof püresi + qovrulmuş soğan + bişmiş qiymə
2) bişmiş yumurta + göy soğan
3) istənilən digər iç (şirin də ola bilər, kəsmikli də, ancaq qatı olsun)
Qazançada yağı əridin, süd qatıb qarışdırın. Azca soyudun.
İsti (qaynar olmayan) bu qarışığa maya, şəkər tozu və duz qatıb qarışdırın, 5 dəqiqə saxlayın.
Unu ələyib az-az əlavə edin, qaşıqla qarışdırın. Yumşaq xəmir halına gələndə masanın üzərinə un səpin, xəmiri ətləyin. Gəlməsini gözləmək lazım deyil.
Xəmiri 6 kündəyə bölün.

Hər birini dördbucaqlı formada yayın (təxminən 50x30 sm). Qalınlığı təxminən 3 mm olsun.
Uzun tərəfinə iç qoyub rulet kimi bükün, sonunu bitişdirin.




Əlinizi una batırın, sonra əlinizin kənarı ilə ruleti bölün (irəli-geri hərəkət etdirməklə).

Bu prosesdə peraşkilərin kənarı öz-özünə bitişəcək. Qəşəng olsun deyə əlinizlə forma verə bilərsiniz.

Perqament döşənmiş siniyə düzün. Peraşkilərin üzərinə başqa nəsə çəkməyə ehtiyac yoxdur.

180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə, üstü qızarınca bişirin.

Çox qızartmasanız, yupyumşaq, bir az çox qızartsanız, xırt-xırt olacaq.

Nuş olsun!
Milli.Az