Bu gün Bakı Caz Mərkəzində caz həvəskarlarına maraqlı konsert proqramı təqdim olunacaq.

ANS PRESS-in məlumatına görə, konsertdə Ülviyyə Rəhimova və “Orient Xpress” qrupu çıxış edəcək.

Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu Ülviyyə Rəhimova “Bəri bax” qrupunun tərkibində müxtəlif müsabiqə və festivalların iştirakçısı olub.

“Eurovision-2010” Mahnı Müsabiqəsinin milli seçim müsabiqəsinin yarımfinal mərhələsinədək irəliləyib. Onun ifasında səslənən "In Love" mahnısı maraqla qarşılanıb.

“Orient Xpress” qrupu 2003-cü ildə Bakıda yaradılıb. Yaradıcılıq eksperimentləri üçün müxtəlif musiqi janrlarından istifadə edən qrup 60-dan çox orijinal trek yaradıb.
Mənbə
ANS PRESS