Bakıda müəllimlər etiraz etdi (VİDEO)
Aprelin 16-da 95 saylı tam orta məktəbin qarşısında onlarla müəllim etiraz əlaməti olaraq bir yerə toplaşıb. Paytaxtın 5 rayonunun müxtəlif təhsil ocaqlarından bura yığışan müəllimlər deyir ki, onlar bir saat əvvəldən bura çağırılıblar. Məlum olub ki, müəllimlər imtahan verməli olacaq. Buna görə də müəllimlər buna etiaz olaraq imtahana girməyiblər. Bildirirlər ki, yalnız elə 95 saylı məktəbin pedaqoqları imtahana daxil olub. Dediklərinə görə, artıq ikinci dəfədir imtahan verirlər, hətta sertifakatla da təmin olunublar.
Bundan əvvəl 4 ay ixtisasartırma kursunda da iştirak ediblər. İndisə təşkil olunan test imtahanı onların fikrincə, sadəcə müəllimlərin işdən çıxarılması üçün bəhanədir. Dediklərinə görə, keçirilən imtahanlardan sonra heç onlar nəticələri də bilməyib. İndi isə müəllimləri narazı salan məqam imtahan keçirilməzdən bir saat əvvəl onlara xəbər verilməsidir.
“Bir ay yarım olar ki, biz imtaham vermişik. İndi də təkrar olaraq bizi imtahan verməyə dəvət ediblər. Bizə bunun səbəbini desinlər, biz də bilək. Eyni zamanda verdiyimiz imtahanın nəticələrindən belə xəbərimiz yoxdur. Əgər nəticələr aşağıdırsa, bunu elan etsinlər, bu günə kimi elan etməyiblər. Buna etiraz olaraq imtahana girməkdən imtina etdik”, – deyə dil-ədəbiyyat müəllimi Aybəniz Cəfərova bildirib.
“İlk öncə biz variantları tələb etdik, onlar da bizə 4 variant verdilər. Dedik ki, variantlardakı sualları öyrənərik. Onlar da yalnız bir-iki suallın cavabını öyrəndik. Digərlərini isə öyrətmədilər. Onlar indi bizdən ikinci dəfə nə kursu tələb edirlər?”, - deyə dil-ədəbiyyat müəllimi Qənirə Məmmədova bildirdi.
Problemin nədən qaynaqlandığını öyrənmək üçün üz tutduq orta məktəbə. İçəri daxil olduqda ilk olaraq bizi elə Təhsil Nazirliyinin əməkdaşları qarşıladı. Bildirdilər ki, hazırda təhsil ocağında imtahan deyil sadəcə sınaq imtahanlarında aşağı nəticə göstərmiş müəllimlərin təlim kursu təşkil edilib. Etiraz edən müəllimlər arasında da anlaşmazlıq yaranıb. Təhsil işçilərinin bilik səviyyəsi qiymətləndirilən kursda müəllimlər könüllü və pulsuz şəkildə iştirak edə bilər.
“Müəllimlər müəyyən mənada səhvən, yəni imtahan vermək kimi başa düşüblər. Bir növ müəllimlər arasında anlaşmazlıq yaranıb. Nəticədə isə müəllimlər imtahanda iştirak etməkdən imtina etdiklərini bildiriblər. Müəllimlərlə aparılan danışıqlar zamanı onların nəzərinə çatdırılıb ki, kurslarda iştirak könüllü prinsiplərə əsaslanır. Sadəcə olaraq bu kurslarda iştirak etməyən müəllim öz bilik və bacarığını artırmır. Amma müəllim bilik və bacarığını daim artırmalıdır. Əgər müəllimləri məcburi qaydada kurslara cəlb olunsa, o zaman burada hər hansı bir səmərəlilikdən belə söhbət gedə bilməz”, – deyə təhsil nazirliyinin şöbə müdiri Emin Əmirullayev vurğulayıb.
Bundan başqa nazirliyin rəsmisi bizi bir-bir sinif otaqlarına dəvət etdi. Və bildirdi ki, burda təkcə 95 saylı orta məktbəndən deyil 5 rayonun müxtəlif məktəblərindən gələn müəllimlər də iştirak edir. Və ilkin qiymətləndirmə zamanı hər bir müəllim 120 dəqiqə ərzində 80 suala cavab verməlidir. Bu isə yalnız təhsil işçilərinin bilik səviyyəsinin pulsuz şəkildə artırılması üçün nəzərədə tutlub. Yəni hansı müəllim istəsə, burda iştirak edə bilər.
Nazirlyiin nümayəndəsi bizi əmin etdi ki, heç bir müəllim kursda iştirak etmədiyinə görə cəzalandırılmayacaq. Bundan əlavə bu tip qiymətləndirmələr yay aylarına qədər davam edəcək.
Mənbə
ANS TV
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33