Qusar rayonunun Gədəzeyxur kəndində qonşu qonşusunu bıçaqlayıb
Bu gün gündüz saatlarında Qusar rayonunda bıçaqlanma faktı qeydə alınıb. Milli.Az Regional TV-yə (Region TV) istinadən xəbər verir ki, rayonun Gədəzeyxur kənd sakini, 1973-cü il təvəllüdlü Bədəlxanov Əsəd Vahid oğlu bıçaqlanıb.

O, Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Yaralıya döş qəfəsinin daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-stabildir. Qusar Rayon Polis Şöbəsindən verilən məlumata görə, Əsəd Bədəlxanov qonşusu tərəfindən aralarında yaranan mübahisə zəminində bıçaqlanıb.
Hazırda onu bıçaqlayan şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Milli.Az