Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdədir
Bakı, 16 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının növbəti iclasında və 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyinə həsr olunan tədbirlərdə iştirak etmək üçün Sankt-Peterburqda səfərdədir.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 16-da sədr Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak edib. İclasda təşkilatın növbəti plenar iclasında baxılacaq məsələlər müzakirə olunub.
Qurumun iclasında MDB PA Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Oqtay Əsədovu Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə bir daha təbrik edərək, təntənəli şəkildə ordeni Milli Məclisin sədrinə təqdim edib. Valentina Matviyenko sədr Oqtay Əsədova xalqlarımızın rifahı naminə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfər çərçivəsində Milli Məclisin sədri MDB PA Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko və Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşüb.
Görüşlərdə parlamentlərarası əlaqələrin bu günü və inkişaf perspektivləri, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün Oqtay Əsədov Qazaxıstan Parlament Məclisinin sədri Həbibulla Jakubov ilə görüşüb.
Görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da dərinləşməsi, deputatlarımızın müxtəlif beynəlxalq qurumlarda səmərəli fəaliyyəti, parlamentlərarası əlaqələrin daha da dərinləşməsi barədə söhbətlər aparılıb.
Milli Məclisin nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri davam edir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05