Dövlət Baytarlıq Nəzarəti Xidmətindən "Report"a daxil olan məlumata görə, aparılan araşdırma zamanı atın yeni kəsildiyi və satış üçün hazırlandığı məlum olub.
İlkin olaraq ətdən laboratoriya müayinəsi üçün nümunələr götürülüb (heyvanın başı və ayaqları olsa da) və baytarlıq-sanitariya qaydalarına uyğun Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Aşkar edilmiş ət mənşəyi məlum olmayan məhsul kimi zərərsizləşdirilib.