Bakıda az qala hər şeyi oğurlayırlar. Avtomobildən tutmuş, ipdən asılan alt paltarına qədər.

Oğrular da müxtəlifdir. Vicdanlısı, əclafı, fərsizi, yüksək rütməli qohumu olanı var.

Hər əşyanın öz qiyməti olduğu və eyni zamanda qiymətlinin qiymətinin bilinmədiyi bir şəhərdə oğurlanmayan sadəcə bir odur.

Milli.Az bildirir ki, Bakıda ən bacarıqsız oğrunun da tamah salmadığı, üzünü yan çevirdiyi, sata bilməyəcəyini düşündüyü əşya kitabdır.

Kitabsız adamların həyaytalarını vərəq təki qatlayan şəhərimiz bəlkə kitab oğrusuna möhtacdır. O ogruya ki, oğurladığını paylaşdanda yanındakılara, pul, narkotik yox, hisslərini versin…

Jurnalist Zakirə Zakirqızının paytaxtın ən mərkəzi küçəsində çəkdiyi fotoya baxanda anlayırsan ki, Bakıda belə oğruya da tamarzı qaldıq...

Anar Məmmədov
Milli.Az